İran öz qırıcısını yaratdı

İran öz qırıcısını yaratdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda “Kövsər” adlı yeni döyüş təyyarəsinin təqdimat mərasimi keçirilib.

Oxu.Az “IRNA” agentliyinə istinadla xəbər verir ki, yüksək rütbəli nümayəndələr, o cümlədən İran prezidenti Həsən Ruhani uçuşu müşayiət edib.

“Kövsər” iranlı mütəxəssislər tərəfindən hazırlanan 4-cü nəslə aid ilk təyyarədir. Onun yaradılmasında bir çox elmi-tədqiqat institutları iştirak edib. O, bort kompüteri, elektron displeyer, hədəfi izləyə bilən və təhlükəni aşkarlayan yeni radarlar və “ağıllı” naviqasiya sistemi ilə təchiz edilib.

Yayımlanan fotolara əsasən, yeni təyyarə 1959-cu ildə istehsal olunmağa başlanan ABŞ-ın F-5 təyyarəsi əsasında hazırlanıb.