İran İnqilab Keşikçiləri Korpusuna (SEPAH) bağlı olan 2 nəfər hərbçi Suriyada gedən döyüşlərdə həlak olub.
İran İnqilab Keşikçiləri Korpusuna (SEPAH) bağlı olan 2 nəfər hərbçi Suriyada gedən döyüşlərdə həlak olub.
TİA.AZ xarici mediaya istinadən xəbər verir ki, sözügedən hərbçilər SEPAH-ın Zeynebiyyun taqımında xidmət edirmiş.
İranın “İRNA” dövlət agentliyi sözügedən hərbçilərin adlarını da açıqlayıb. Onlar Seyyid Sacid və Seyyid Naki Şah adlı hərbçilərdir. Öldürülən hərbçilərin cənazələri İranın Qum şəhərinə göndərilib.
İran mediasının məlumatına görə, son 6 ildə Suriyada gedən döyüşlərdə İran ordusu 15 general olmaqla 1000 nəfər hərbçi itirib:
“İranlı hərbçilər Suriyada Bəşər Əsəd ordusunun tərəfində döyüşürlər”.