İran onu niyə Moskvaya göndərdi?

İran onu niyə Moskvaya göndərdi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran prezidenti Məsud Pezeşkianın Rusiya-İran hərtərəfli strateji tərəfdaşlıq sazişinin imzalanması planlaşdırılan Moskva səfəri ərəfəsində İranın dini lideri Seyid Əli Xameneinin müşaviri Əli Laricani gizli missiya ilə Rusiyaya bir neçə dəfə səfər edib. Tribunainfo.az bildirir ki, bu barədə “The Times” qəzeti məlumat yayıb.
Qəzet qeyd edir ki, Laricani çox güman ki, Rusiya tərəfi ilə danışıqlarda onun nüvə proqramına dəstək almaq məsələsini müzakirə edib. “Bundan əlavə, Tehran Moskvadan Su-35 qırıcılarının ən son versiyalarını almağı və İsrailin zərbələri nəticəsində məhv edilmiş hava hücumundan müdafiə sistemlərini bərpa etməyi gözləyir. Tehran ümid edir ki, Moskva arsenalının böyük bir hissəsi İsrail tərəfindən məhv edilmiş radikal şiə Livanın “Hizbullah” qruplaşmasının yenidən silahlanmasına kömək edəcək”.