İrana BRICS üzvlüyünün verilməsi tarixi hadisədir.
Tribunainfo.az xəbər verir ki, bu fikri İslam Respublikası Prezident Administrasiyası rəhbərinin siyasi məsələlər üzrə müavini Məhəmməd Cəmşidi bildirib.
“İran İslam Respublikası BRİKS-ə üzv olub. Dünyanın inkişaf etməkdə olan ölkələri qrupuna üzv olmaq İslam Respublikasının xarici siyasətində tarixi hadisə və strateji uğurdur”, – deyə o, bildirib.
Qeyd edək ki, BRİKS-ə Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika daxildir. Birləşmə sammiti avqustun 22-dən 24-dək Cənubi Afrikanın qərbində Yohannesburqda keçirilib. Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramaposa Argentina, Misir, İran, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Efiopiyanın 2024-cü il yanvarın 1-dən BRİKS-ə qoşulacağını açıqlayıb.