İran nüvə silahı ilə kimləri hədələyir?

İran nüvə silahı ilə kimləri hədələyir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranlı deputatlardan birinin “məncə biz nüvə silahına sahibik, sadəcə bunu elan etmirik” açıqlaması ABŞ və İsrailə ünvanlanıb. Deputat nüvə silahı ilə bağlı danışarkən əslində öz ağalarının fikirlərini səsləndirir.

Tribunainfo.az xəbər verir ki, bu barədə danışan politoloq Elxan Şahinoğlu bildirib ki, deputatın sözlərinə görə, ABŞ və İsrailə ayaq uydura bilməsi üçün İranın nüvə silahına sahib olması şərtdir:

“İranın ali dini lideri bir vaxtlar nüvə silahına yiyələnmənin İslama zidd olduğunu deyərək Qərbin İrandan əl çəkməsini istəyirdi. Ancaq buna inanan az idi, çünki faktlarla sübut olundu ki, İranda gözdən uzaq mərkəzlərdə uranın zəginləşdirilməsi prosesi davam edir. Ekspertlərin rəyi müxtəlifdir, bir qrup iddia edir ki, İran nüvə silahı əldə etməyə çox yaxındır, digər qrup əks fikirdədir. İran hakimiyyəti, dindarları və hərbiləşdirilmiş qruplar bu qənaətdədirlər ki, bölgədə müharibələr İran sərhədinə yaxınlaşır, bundan qorunmağın yolu isə düşmənləri nüvə silahı ilə qorxutmaqdır. Ona görə də Tehran nüvə silahına hələ yiyələnməyibsə belə, bu istiqamətdə çalışmalardan imtina etməyib. İranlı deputat ağalarının fikirlərini səsləndirib”.

Nigar