İran nüvə razılaşmasından imtina edir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran xarici işlər naziri Cavad Zərif İranın nüvə razılaşmasından çəkilə biləcəyini deyib.

 

İran xarici işlər naziri Cavad Zərif İranın nüvə razılaşmasından çəkilə biləcəyini deyib.

“Qaynarinfo” xəbər verir ki, “Al Jazeera”ya bu barədə açıqlama verən nazir ABŞ-ın sazişdən çəkiləcəyi təqdirdə bu addımı atacaqlarını bildirib.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan ölkələr 2015-ci ildə nüvə razılaşmasına imza atıb. Razılaşmaya əsasən, İran uranın zənginləşdirilməsi proqramında uran stokunu 300 kq-a endirməyi, plutonium istehsal edən ağır su reaktorunu sökməyi qəbul etmiş, beynəlxalq arena üzvləri isə bu ölkəyə qarşı qəbul etdikləri sanksiyaları dayandırmaq qərarı almışdı.

ABŞ prezidenti Donald Tramp isə BMT-nin 72-ci ümumi yığıncağında İranla imzalanmış müqavilənin ABŞ tarixindəki ən pis və təktərəfli razılaşma olduğunu demiş, utancverici adlandırmışdı.