İran nəşri: “Tramp tezliklə öldürüləcək”

İran nəşri: “Tramp tezliklə öldürüləcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın tirajlı “Keyhan” qəzeti qəribə bir iddia ilə çıxış edib.

Tribunainfo.az xəbər verir ki, İranın dini lideri Əli Xamineyinin müşaviri Şəriətmədarinin rəhbəri olduğu qəzet ABŞ prezidenti Donald Trampın öldürüləcəyini iddia edib.

“Keyhan” qəzeti yazıb ki, bu hadisə Qasim Süleymaninin qisasını almaq məqsədi daşıyacaq. “Tramp yaxın günlərdə öldürüləcək. Bir nəfər çıxıb Süleymaninin qisasını alaraq, onun başına güllə vuracaq”.

Fərda Uğur