“Regiondankənar qüvvələrin mövcudluğundan danışan İran Aİ müşahidəçilərinin Ermənistanda olmasından daha çox NATO Türkiyəsinin Azərbaycanda, həmçinin Qarabağda olmasından narahatdır”.
Tribunainfo.az News.am-a istinadən xəbər verir ki, İran parlamentinin keçmiş deputatı, tarixçi Karen Xanlaryan müsahibəsi zamanı bildirib.
Onun sözlərinə görə, Tehranın bu yanaşması Türkiyəni ayrıca ölkə kimi deyil, NATO üzvü kimi nəzərdə tutur.
O hesab edir ki, Zəngəzur dəhlizinin açılması təkcə NATO-nun deyil, həm də İsrailin bütün Cənubi Qafqaz regionunda olması demək olacaq.
“Məncə, İranın əsas narahatlığı Aİ missiyası ilə deyil, bununla bağlıdır. Bundan əlavə, Türkiyənin Azərbaycana sərbəst çıxışı olarsa, Xəzər dənizinə nəzarət edə bilər. Bu o demək olacaq ki, Pakistana qədər Orta Asiya NATO hərbi nəzarəti altında olacaq”, – Xanlaryan əlavə edib.