XAMENEİ İVRİT DİLİNDƏ: İFLİC VƏZİYYƏTƏ DÜŞƏCƏKSİNİZ…backend

XAMENEİ İVRİT DİLİNDƏ: İFLİC VƏZİYYƏTƏ DÜŞƏCƏKSİNİZ…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın ali lideri Ayətullah Əli Xamenei ivrit dilini bildiyini nümayiş etdirmək qərarına gəlib.

Tribunainfo.az-ın məlumatına görə, o, X sosial şəbəkəsində ivrit dilində yazı yazıb.

Xamenei yazıb: “Sionist Təşkilatı sizə yalan danışır. Sionist təşkilat indi aciz və çaşqın vəziyyətdədir və Amerikanın dəstəyi olmadan bir neçə gün ərzində iflic vəziyyətinə düşəcək”.

Qeyd edək ki, ivrit dili İsrail Dövlətinin dövlət dili olan Afrasiya dil ailəsinin semit qrupunun dilidir. İbranicə dünyada 7 milyon insan danışır. Dünya dillərinin təsnifatına görə, ivrit dili dünyada ən çox yayılmış 100 dil arasında deyil.