İran İsrailin zərbələrinə proporsional cavab verməyə hazırdır.
Tribunainfo.az-ın məlumatına görə, bu barədə “Tasnim” agentliyi mənbəyə istinadən xəbər yayıb.
Onun sözlərinə görə, İran İsrailin təcavüzünə cavab verməyə hazırdır. “İran istənilən təcavüzə cavab vermək hüququnu özündə saxlayır və İsrailin istənilən hərəkətə proporsional cavab alacağına şübhə yoxdur”, – mənbə bildirib.
Qeyd edək ki, daha əvvəl yerli və xarici mətbuat Tehranda partlayış səslərinin eşidilməsi barədə xəbərlər yayıb. Sonra məlum olub ki, İsrail İrana iki dəfə hava zərbəsi endirib. İkinci zərbə Şiraz şəhərinə endirilib.
Ölən və ya xəsarət alanlar, dağıntılar barədə məlumatlar yoxdur.