İran rəsmisi bildirib ki, HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsinə görə onların İsrailə verəcəyi cavab “gözlənilməz” və “təəssüf”lü olacaq ki, bu da qurudan gələ bilər.
Tribunainfo.az Milliyet-ə istinadən xəbər verir ki, İranın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) Daimi Nümayəndəliyi bildirib ki, HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsi ilə bağlı Tehranın İsrailə cavabı da “gözlənilməz” və “təəssüf doğuracaq”.
Nümayəndəliyin yaydığı bəyanatda, “İranın cavabının iki aşkar nəticəsi olmalıdır. Birincisi, təcavüzkarı “terrorizm” və “İranın milli suverenliyinin pozulması”na görə cəzalandırmalıdır. İkincisi, İranın çəkindirici gücünü gücləndirməli və istənilən hücumun qarşısını almalıdır”, – deyilir.