“AXİOS” saytı İsrailin iki kəşfiyyat mənbəsinə istinadən xəbər yayıb ki, İran yaxın günlərdə İraqdan İsrailə hücum etməyi planlaşdırır. Tribunainfo.az xəbər verir ki, həmin məlumatda hücumun total şəkil alacağı, əsasən raket və dron hücumlarından ibarət olacağı qeyd edilir.
Məlumatda o da deyilir ki, hücum ABŞ-da keçiriləcək prezident seçkilərindən əvvəl baş tutacaq.