İran və İsrail arasında 12 günlük savaş başa çatsa da, onun yenidən alovlanması ehtimalları getdikcə artır.
Tribunainfo.az xəbər verir ki, İsraildə yayınlanan Kanal 12 TV bununla bağlı bir sıra xəbərlər paylaşıb.
Kanal bildirib ki, İranla münaqişənin yeni mərhələsi gözləniləndən tez başlaya bilər. “Tehran öz müdafiə və raket sistemlərini yenidən qurmaqla məşğuldur və eyni zamanda “önləyici hücum” ehtimalından danışır. Bunun əksinə olaraq, İsrail xəbərdarlıq edib ki, İran nüvə proqramını bərpa edərsə, yenidən hücum variantı masada olacaq”.
Qeyd edək ki, Rusiya da bu sənada İrana xəbərdarlıq edib. Rəsmi Moskva Tehrana çatdırıb ki, İsrail yenidən hücum edə bilər. Bunun üçün isə İrana tövsiyyə edib ki, hərbi hazırlıqlarını sürətləndirsin.
Fərda Uğur