İRAN: İSRAİL DAVAM EDƏRSƏ YENİ CƏBHƏ AÇILACAQ

İRAN: İSRAİL DAVAM EDƏRSƏ YENİ CƏBHƏ AÇILACAQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian İsrailin Qəzzaya qarşı hərbi cinayətlərinin davam edəcəyi təqdirdə yeni cəbhənin açılmasının mümkün olduğunu bildirib.

Tribunainfo.az TRT Haber-ə istinadən xəbər verir ki, Abdullahiyan səfərdən sonra gəldiyi Livanın Beyrut Beynəlxalq Hava Limanında keçirdiyi mətbuat konfransında İsrailin Qəzzaya hücumları ilə bağlı açıqlama verib.

İranın Fələstin partiyalarını güclü şəkildə dəstəkləməyə davam edəcəyini bildirən Abdullahiyan deyib: “Bəzi Qərb rəsmiləri sionist rejimə (İsrail) qarşı yeni cəbhənin açılmasının mümkünlüyü barədə soruşdular. Mən dedim ki, sionistlərin müharibə cinayəti davam etdirsə, bütün ehtimallar müqavimətin tərəfindədir”.