İŞİD terror qruplaşması İranın ünvanına təhdidlərin yer aldığı videonu yayıb.
İŞİD terror qruplaşması İranın ünvanına təhdidlərin yer aldığı videonu yayıb.
TİA.AZ “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda İran IRINN xəbərlər telekanalı bildirib.
Kanalın məlumatlarına görə, internetdə yerləşdirilən videoçarx 37 dəqiqədən ibarətdir. Videoda İŞİD-in üç döyüşçüsü iştirak edir. Abu Faruk al-Farsi adlı terrorçu farsdillilərin nümayəndəsi kimi soyazıçnoqosu rolunda çıxış edir, ikinci özünü Abu Modjahed al-Baluşi adlandırır və bəlucların nümayəndəsi kimi təqdim edir, Abu Saad al-Axvazi adlı üçüncü terrroçu İranın ərəbdilli əhalisinin adından danışır.
Onlar İran hakimiyyətini kafir adlandırır, əhalini qarışıqlıqlara, diversiyalara və silahlı hücumlara çağırırlar.
Al-Baluşi iddia edir ki, İŞİD İran fəth edəcək. Telekanalın məlumatına görə, yayılmış videoçarx İranla həmsərhəd İraqın Diyala əyalətində çəkilib. Qeyd edilir ki, İran hakimiyyəti həmişə azlıqda qalan millətlərin nümayəndələrini qırıb.