Ümid edirik ki, İran Ermənistan-Azərbaycan münasibətlərində vasitəçi rolunu oynaya bilər.
Ümid edirik ki, İran Ermənistan-Azərbaycan münasibətlərində vasitəçi rolunu oynaya bilər.
TİA.AZ xəbər verir ki, bunu Ermənistan Müdafiə naziri Vigen Sərkisyanla görüşü zamanı İran Ali Dini liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti söyləyib.
“İsrail kimi bir sıra xarici qüvvələr çalışırlar ki, regiona girib, proseslərə mane olsunlar. Biz ayıq olmalıyıq və imkan verməməliyik ki, yadlar bizim regionda qarşıdurmanı aktivləşdirsinlər”, – Vilayəti bildirib.