İran “inqilabı”: Tehranda 4 məscid yandırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gündür İranda davam edən hakimiyyət əleyhinə aksiyalar səngimək bilmir. Etirazçılarla təhlükəsizlik qüvvələri və polis arasında toqquşmalar baş verir. Mitinqlər paytaxt Tehranla yanaşı, ölkənin digər iri şəhərlərində də keçirilir.

Cebhe.info Türkiyə mediasına istinadən xəbər verir ki, dünən gecə paytaxt Tehranda 4 məscid yandırılıb.

Qeyd edək ki,  keçən ilin dekabr ayının 29-dan başlayan aksiyalarda 29 nəfər polis zorakılığı nəticəsində həyatını itirib.