İran hökuməti ətin bahalaşmasından yazan qəzeti bağladı – VİDEObackend

İran hökuməti ətin bahalaşmasından yazan qəzeti bağladı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda son vaxtlar müşahidə olunan kəskin inflyasiya və sürətli qiymət artımı əhalinin onsuz da yaxşı olmayan güzəranını bir qədər də ağırlaşdırıb.

“Azad İran” “Youtube” kanalı mövzu ilə bağlı süjet hazırlayıb.

Bildirib ki, İran hökuməti bu prosesin qarşısını almaq üçün lazımi tədbirlər görmək əvəzinə, getdikcə pisləşən sosial-iqtisadi vəziyyətdən danışanları susdurmaq yolunu tutub.

Belə ki, fevralın 20-də ölkənin nüfuzlu mətbuat orqanlarından biri sayılan “Sazəndegi”, yəni “Quruculuq” qəzeti ölkədə ətin qiymətinin fantastik həddə – yarım milyon tümənə qalxmasını və bunun səbəblərini işıqlandıran “Ətin tüğyanı” başlıqlı məqaləsinə görə bağlanıb.

Bu barədə qərar İran Mədəniyyət və İslami İrşad Nazirliyi nəzdində fəaliyyət göstərən Mətbuata Nəzarət Heyəti tərəfindən qəbul olunub. İran hakimiyyətinin vəziyyəti düzəltmək əvəzinə real durumu göstərən güzgünü sındırmaq siyasəti, yəni tənqidçi medianı susdurmağa çalışması cəmiyyətdə geniş reaksiyalara səbəb olub.

“Sazəndegi” qəzetinin baş redaktoru Əkbər Müntəcəbi hökumətin qərarına münasibət bildirərkən deyib:

“Eşitdiyimizə görə, prezident və hökumət üzvləri “Ətin tüğyanı” başlığından əsəbiləşiblər. Bunun ardınca İrşad naziri Mətbuata Nəzarət Heyətindən qəzetin nəşrini dayandırmağı tələb edib. Biz bu günə qədər bilmirdik ki, ətin qiymətindən danışmaq da qadağan olunub”.

Daha ətraflı süjetdə: