İran HƏMAS və Hizbullah liderlərinin İsrail tərəfindən öldürülməsindən sonra bəzi addımlar atmağa başlayıb. Tribunainfo.az xəbər verir ki, dünən Tehran rəsmiləri Hizbullahın yeni lideri kimi tanınan Naim Qasimi Livandan çıxararaq, İrana gətirib.
İranın XİN başçısı Abbas Əraqçının təyyarəsində Tehrana gətirilən Qasimin İranda məskunlaşdırmağa səbəb onun İsrail tərəfindən öldürülmə ehtimalının çox olması və təhlükəsizlik məqsədi daşıdığı deyilir. Belə ki, İran Naim Qasimin öldürülməsindən ehtiyat edərək, onu Tehranda yerləşdirib.