İranın Ermənistandakı səfiri Mehdi Sübhani erməni mediasına yeni açıqlamalar verib. Tribunainfo.az xəbər verir ki, səfir bu dəfə ABŞ-ı ittiham edib.
O deyib ki, Amerika İran və Ermənistan münasibətlərinə qarışmamalıdır. “Biz çaydakı daşıq, ABŞ isə köpük. Köpük axar, amma daş qalar. Biz buradayıq və burada yaşamaq istəyirik”.
Sübhani qeyd edib ki, ermənilər anlayışlı xalqdır və qonşularını tanıyırlar. “İran həmişə onların ümid və dəstək mənbəyi olub. İranla Ermənistanın sərhədi həyati əhəmiyyətlidir”.