“İsrailə qarşı hərbi aktivlik HAMAS lideri İsmail Haniyə və digərlərinin qətlinə cavab xarakteri daşıyır”.
Tribunainfo.az-ın ISNA-ya istinadən xəbərinə görə, İran Ordusunun Baş Qərargah rəisi Məhəmməd Baqeri belə deyib.
O qeyd edib ki, hərbi aviasiyanın həyata keçirdiyi adekvat tədbirlər nəticəsində MOSSAD-ın İsrail ərazisindəki obyektlərindən biri, eləcə də üç nəhəng aviabaza hədəfə alınıb.
Bu hərbi obyektlərdən biri şəxsi heyəti “Hizbullah” lideri Şeyx Həsən Nəsrullahın qətlində iştirak edən “Hatzerim” aviabazası olub.