İran İsraillə “siçan-pişik” oyununu davam etdirir. Tribunainfo.az xəbər verir ki, HƏMAS liderinin Tehranda öldürülməsindən sonra Təl Əvivdən qisas alacağını bəyan edən İran, hələ də vədini reallaşdırmayıb.
İranın müdafiə nazirinin müavini Höcətullah Qureşi isə deyib ki, hələ bir qədər də gözləmək lazımdır. “Hələlik İsrail bizim qisas alacağımız vaxtdan qaynaqlanan ruhi narahatlıq və çaxnaşma içində olmalıdır. Qoy, bir az da panikaya düşsünlər. Lakin zərbə gözlənilməz olacaq”.