İran Fras körfəzi ilə Xəzər dənizini birləşdirəcək yeni infrastruktur layihəsi hazırlamağa başlayıb. Tribunainfo.az bildirir ki, bu barədə İranın Sənaye, Mədən və Ticarət naziri Məhəmməd Atabək açıqlama verib.
Onun sözlərinə görə, İran Xəzər-Fars körfəzi dəhlizində infrastrukturun inkişafına, Xəzəryanı ölkələr üçün logistik bazaların və İranın cənub limanlarının istismarı üçün lazımi imkanların yaradılmasına da hazırdır.
Nazir bu dəhliz yaradıldıqdan sonra Xəzəryanı ölkələrin Fars körfəzinə çıxışının asanlaşacağını qeyd edib.