İran Ermənistandan elektrik enerjisi idxalını iki dəfə artırmaq qərarı verib. Tribunainfo.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.
İranın Ermənistandakı səfiri Mehdi Sübhaniyə istinadən verilən xəbərdə qeyd edilir ki, Tehran İrəvanla bu sahədə klirinq sazişinin müddətini 2030-cu ilə qədər artırıb.
Alınacaq elektrik enerjisinin müqabilində isə İran Ermənistana 360 milyon kub metr qaz veriləcək.