İran Zəngəzur dəhlizi ilə bağlı siyasətini dəyişməyib və dəyişməyəcək.
Ərazi bütövlüyünün qorunması Tehran üçün “qırmızı xətt” olaraq qalır”. Tribunainfo.az xəbər verir ki, bu sözlərin müəllifi iranlı analitik Puya Hüseynidir.
O iddia edib ki, İran və Ermənistan bəzi proseslərə hazır olmalıdır. “Dəhlizi əldə etməyə çalışan Azərbaycan və Türkiyənin təhdidlərinə hər zaman hazır olmaq lazımdır. İran və Ermənistan müqavimətlərini artırmalıdırlar”.
Erməni İranşünas Qarik Misakyan isə hesab edir ki, problem Zəngəzur dəhlizi məsələsində İranı məcbur etməkdə deyil. “Əsas məsələ bir tərəfdən Ermənistan rəhbərliyinin mövqeyi, digəri isə beynəlxalq oyunçuların bu məsələdə mövqeyi ilə bağlıdır”.
Onun sözlərinə görə, İranın Zəngəzur dəhlizi layihəsi ilə bağlı əsas qorxularından biri Ermənistan hakimiyyətinin layihədən imtina edəcəyidir. “Azərbaycan və Türkiyə rəhbərliyinə adekvat cavab vermək və əks tədbirlər görməkdə İrəvan o qədər də aktiv mövqe nümayiş etdirmir”.