İran Ermənistana dərman ixrac edəcək

İran Ermənistana dərman ixrac edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran-Ermənistan Müştərək İqtisadi Komissiyasının 18-ci iclasında İslam Respublikası İran əczaçılıq məhsullarını Ermənistana ixrac etməyə hazır olduğunu bildirib. Tribunainfo.az xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.

İran-Ermənistan müştərək iqtisadi komissiyasının fevralın 14-də keçirilən 18-ci iclasında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

İranın Ərzaq və Dərman Administrasiyasının rəhbəri Heydər Məhəmmədi ölkənin yerli istehsal olan dərmanları Ermənistana ixrac etməyə hazır olduğunu açıqlayıb.

Dəniz Pənahova