“İran Ermənistandakı strateji imkanlardan istifadə etməlidir. Bunun üçün Sünik (Zəngəzur) vilayətində və Vayots Dzor (Basarkeçər) bölgələrində aktiv olmalıdır”.
Tribunainfo.az xəbər verir ki, bu fikirləri iranlı ekspert Əlirza Ramazani Rad səsləndirib.
Onun sözlərinə görə, bu bölgələr, İranın Avrasiya və Avropa bazarlarına birbaşa quru yolu təmin edən yeganə dəhlizlərdir. “İran bu iki bölgəyə ciddi sərmayə qoymalıdır. Çünki o ərazilər gələcək dəhlizlərin əsas nöqtələri olacaq”.
Qeyd edək ki, iranlı ekspertin adlarını sadaladığı bölgələr Azərbaycanla sərhəddə yerləşir.
Fərda Uğur










