İran Ermənistan – Azərbaycan arasında bu nəticəni gözləyir

İran Ermənistan – Azərbaycan arasında bu nəticəni gözləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bir çox problemlər qalmaqdadır, iqtisadi imkanlar və regional güclərin dəstəyi uzunmüddətli razılaşmaya yol aça bilər”. Tribunainfo.az xəbər verir ki, bu fikirlər İranın “Tasnim” Agentliyinin Qarabağ məsələsi ilə bağlı dərc etdiyi məqalədəndir.
Ekspert Məsumə Məhəmmədinin dilindən nəql edilən məqalədə deyilir ki, Azərbaycan və Ermənistan arasındakı danışıqlarda əsas maneələrdən biri də iki tərəf arasında tarixi etimadsızlıqdır.
Onun sözlərinə görə, sərhədlərin müəyyən edilməsi və Zəngəzur və Laçın dəhlizləri kimi ticarət yollarının yenidən açılması məsələsi danışıqların mühüm problemlərindən biridir.
Məhəmmədi bəzi çıxış yollarından da bəhs edib. O qeyd edib ki, tranzit marşrutlarının yaradılması kimi birgə iqtisadi və kommersiya layihələri də daxil olmaqla, sülh prosesini gücləndirməyə kömək edə bilər.
İranlı ekspert hesab edir ki, razılaşmaların təmin edilməsində Rusiya, Avropa İttifaqı və Türkiyənin rolu gərginliyi azaltmağa kömək edə bilər. “Ermənistan və Azərbaycan vətəndaşları arasında mədəni və sosial əlaqələrin genişləndirilməsi düşmənçilik mühitinin azalmasına yardımçı olar”.
Onun sözlərinə görə, yeni münaqişələrin qarşısının alınması və infrastruktur layihələrində birgə investisiyaların və əməkdaşlığın asanlaşdırılması üçün beynəlxalq monitorinq mexanizmlərinin yaradılması, habelə qaçqınların geri qaytarılması və onların hüquqi statusunun müəyyən edilməsi kimi tədbirlər görülməlidir. “Qarabağ erməniləri Cənubi Qafqazı sabit bölgəyə, gərginliyi regional əməkdaşlıq mərkəzinə çevirə bilər”.
Məhəmmədi sonda onu da qeyd edib ki, Bakı ilə İrəvan arasında gərginliyin azaldılması daha geniş iqtisadi əməkdaşlığa, o cümlədən Zəngəzur dəhlizi vasitəsilə Avropanı Asiyaya birləşdirməyə yol aça bilər.