İsraillə İran arasında yaşanan gərginlik Tehranda bir o qədər hiss etdirilməsə də, Təl Əvivdə açıq şəkildə diqqəti çəkir. Tribunainfo.az xəbər verir ki, iki gün öncə israil Baş Qərargahı ordunu yüksək döyüş hazırlığı vəziyyətinə gətirib.
Dünən isə İsrailin baş naziri Benyamin Netenyahu yerli telekanallara müsahibəsində deyib ki, İran onların ən böyük düşmənidir. “İran bizim üçün ən böyük təhlükədir. İranın təhlükəsi hələ də mövcuddur və biz gələcək hadisələrə hazır olacağıq”.
Bu əsnada, İranın XİN başçısı Abbas Əraqçı isə Çin TV-lərinə müsahibəsində bildirib ki, İsrail Tehrana hücum edərsə, bu çox böyük müharibəyə səbəb olacaq. Onun sözlərinə görə, Təl Əviv bunu nəzərə almalıdır.