İran dünyanın “ən böyük İŞİD-i”ni AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABŞ İŞİD terror qruplaşmasına sponsorluq edir və özləri ən böyük İŞİD-dir”. 

“ABŞ İŞİD terror qruplaşmasına sponsorluq edir və özləri ən böyük İŞİD-dir”.

TİA.AZ “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu İran parlamentinin spikeri Əli Laricani Tehranda terror aktlarının qurbanları ilə vida mərasimində bildirib.

“ABŞ-da demokratiya və insan hüquqlarını pula dəyişdilər. ABŞ haqqında söylənmiş fikir yenə təsdiqini tapır ki, o, əsas iblisdir. Biz İŞİD-ə qarşı dayanmışıq, amma Amerika bu dünyada ən böyük İŞİD-dir. O, regionda İŞİD-i dəstəkləyir. Biz pərdəni qaldıracağıq ki, Amerika ordusu və Mərkəzi Kəşfiyyat İdarəsi İŞİD-ə əsas dəstəyi göstərir”, – siyasətçi qeyd edib.

Xatırladaq ki, iyunun 7-də İran parlamenti və İran inqilabının lideri Ayətullah Xomeyninin türbəsinə hücumlar təşkil edilib. Terror aktları nəticəsində 17 nəfər həlak olub, 43-ü yaralanıb. Hücumlara görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb.