İranda iqtisadi böhran getdikcə daha ciddi şəkil almağa başlayıb. Ardıcıl devalivasiya nəticəsində 1 dollar 80 min tümənə kimi yüksəlib. Tribunainfo.az xəbər verir ki, bundan başqa, təkcə, dekabr ayında infliyasiya 32.5 faiz təşkil edib.
Qeyd edək ki, vəziyyətdən çıxmağa çalışan hökumət problemin sanksiyalardan qaynaqlandığını artıq gizlətmir. Lakin molla rejiminə sözünü keçirə bilmədiyindən dolayı vasitələrdən istifadə etmək məcburiyyətində qalır. Həmin addımlardan biri də, yerli valyuta olan tümənin denominasiyasını həyata keçmirməkdir.
Bildirək ki, hələ 2019-cu ildə gündəmə gətirilən məsələ ilə bağlı qanun dünən parlamentə təqdim olunub. Həmin qanuna görə, İran pulunun üzərindəki 4 sıfır götürüləcək. Hökumət bildirib ki, tüməni sabit saxlamaq üçün bu yoldan istifadəyə zərurət yaranıb.
Amma yerli ekspertlər bunun nəticə verəcəyinə inanmırlar. Onlar deyirlər ki, sırıfrların götürülməsi devalivasiyanı ən yaxşı halda bir müddət sxalaya biləcək.