Suriyada durum ağırlaşdıqca Tehranda da müzakirələr şiddətlənməyə başlayıb. Tribunainfo.az xəbər verir ki, İran faktiki olaraq Bəşər Əsədə yardım edə bilmədiyindən özünə müttəfiq axtarmağa başlayıb.
Belə ki, hava yolu ilə Dəməşqə hərbi yardım etməyə çalışan İranın qarşısını İsrail kəsməyə nail olub. Hətta bu günlərdə SEPAH-a məxsus iki nəqliyyat təyyarəsinin məhz İsrailin xəbədarlığı səbəbindən Suriya üzərindən geri dönməsi də məlum olanlar içindədir.
Qeyd edək ki, Tehran quru yolla Suriyaya qoşun yeritmək üçün İraq ərazisindən istifadə etmək qərarına gəlib. Dünən Bağdadda bununla əlaqədar İran XİN başçısı Abbas Ərqaçı iraqlı nazirlə danışıqlar aparıb. İlkin məlumatlara görə, İran və İraq birgə şəkildə hərəkət edərək, vahid əməliyyat qərargahı yaradıb.
SEPAH-dakı mənbələr isə “Reuters”ə bildiriblər ki, İran tez bir zamanda Dəməşqdəki Əsəd hakimiyyətinə PUA, artllleriya və digər silahların verilməsi prosesinə hazırlaşır.
İranın XİN başçısı Abbas Əraqçı “Əl-Şərqiyyə” qəzetinə verdiyi müsahibəsində isə bəyan edib ki, Suriyadakı hadisələr təkcə Suriya ilə yekunlaşmayacaq. “Baş verən hadisələr təkcə Suriya ilə yekunlaşmayacaq. Terrorizm bölgənin digər ölkələrinə də yayılacaq. İlk olaraq, Suriyadakı hadisələr İraqı təhdid edir”.
Onun sözlərinə görə, bu gün terrorizmlə mübarizə apardıqlarını deyən ölkələr susurlar. “Amma onlar da bunu əziyyətini çəkəcəklər”.