İran Çinin müstəmləkəsinə çevrilib

İran Çinin müstəmləkəsinə çevrilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İran bu gün Çinin müstəmləkəsidir. Onun tələsinə düşüb”. Tribunainfo.az xəbər verir ki, bunu İran Ticarət Palatasının Araşdırma Mərkəzinin rəhbəri Höcətullah Mirzəi deyib.
Onun sözlərinə görə, hazırda İran iqtisadiyyatının əsasını təşkil edən neft hasilatı və satışı yalnız Pekinlə reallaşdırılır. “Hazırda ölkə neftinin 92%-i Çinə satılır. Bu 92 faizin qiyməti də dünya bazarından aşağıdır. Məsələn, bu qiymət dümya bazarından 30 faiz ucuz verilir. Hələ bundan başqa, digər xərclər də var ki, onlar da İranın üzərindədir”.
Mirzəi bildirib ki, İran sanksiyalar səbəbindən təkcə Çinin əsarəti altına düşməyib. “Həm də bizi 19-cu əsrə qaytarır. Hökumət isə baş verənlərin qarşısında çarəsiz qalıb”.