İRAN CASUSLARININ AZƏRBAYCANDA QURMAQ İSTƏDİYİ “KƏRİMƏ DÖVLƏTİ” NƏDİR? – MARAQLI DETALLARbackend

İRAN CASUSLARININ AZƏRBAYCANDA QURMAQ İSTƏDİYİ “KƏRİMƏ DÖVLƏTİ” NƏDİR? – MARAQLI DETALLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri xüsusi əməliyyat tədbirləri nəticəsində Azərbaycanda “din pərdəsi” altında təxribat və pozuculuq əməllərini həyata keçirən 32 nəfər müəyyən edilərək saxlanılıb. Saxlanılan şəxslərin əsas məqsədi “Kərimə” dövləti yaratmaq olub. Onlar Azərbaycan Respublikasının mövcud konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar ediblər.
Cəmiyyət, insanlarda “Kərimə” dövləti ilə bağlı çoxsaylı suallar yaranır ki, “Kərimə” dövləti deyilən nədir, nə vaxt yaranıb və necə ortaya çıxıb? Qısa araşdır zamanı məlujm oldu ki, belə adla tarixdə heç bir dövlət, nəzəriyyə, ya hansısa bir dini-siyasi cərayan ümumiyyətlə olmayıb.

Tribunainfo.az xəbər verir ki, İranın bu ölkədə məskunlaşmış əlaltıları vasitəsilə Azərbaycana qarşı gerçəkləşdirdiyi ideoloji həmlələrin bir elementi də Kərimə dövləti “nəzəriyyəsi”dir. Kərimə dövləti onlar tərəfindən Azərbaycandakı ictimai-siyasi quruluşa alternativ kimi təqdim olunur və onun qurulması ilə guya xalqın ləyaqətli və xoşbəxt həyata qovuşacağı iddia edilir. Lakin Kərimə dövləti anlayışının azacıq araşdırılması onu göstərir ki, bu adamlar sadəcə insanları aldatmaqla, yumşaq desək, şarlatanlıq və dələduzluqla məşğuldurlar.

Kərimə dövləti ifadəsi İmam Mehdinin dörd xüsusi naibindən biri olmuş Məhəmməd ibn Osman əl-Əmri tərəfindən nəql edildiyi bildirilən və Ramazan ayında oxunması məsləhət görülən “İftitah duası”nda işlənib. Həmin duada Allahın “islam və müsəlmanları izzətli, nifaq və münafiqləri isə zəlil edəcəyi” kərimə dövləti şövqlə arzulanır, həmin dövlətdə insanlara “dünya və axirət kəramətinin nəsib olacağı” vurğulanır. Dini ədəbiyyatda bu dövlətin “böyük qeybətdən” sonra zühur edəcək İmam Mehdi tərəfindən qurulacağı bildirilir.

Bu dövləti qurmaq istəyənlərin təsəvvürlərinə görə, Kərimə dövləti ilahi hakimiyyətin qurulduğu və ilahi ədalətin bərqərar olduğu ideal dövlətdir, yəni hansısa konkret insanın (və ya qrupun) dövlət və ədalət anlayışına söykənmir.;
Onlar belə hesab edir ki, Kərimə dövləti dünya dövlətidir, bütün bəşəriyyət üçündür. Ayətullah Möhsün Ərakinin nəzarəti ilə hazırlanmış “İmamət ensiklopediyası”nda da İmam Mehdinin hakimiyyətinin dünya hökuməti olacağı vurğulanmışdır, bu da islamın bütün dünyada hakim olacağı inamına əsaslanır.

Hakimiyyətin “ilahi legitimliyi” dövlətə rəhbərlik edəcək şəxsin “məsum” olmasını tələb edir və bu üzdən də onun qurulması İmam Mehdiyə “həvalə olunub”.
Kərimə dövləti onun yaradılmasına çalışanların gözündə yarımteokratik, yarımşiə-şəriət, hibrid dövlətidir. Məqsəd bir qədər şəriət mühafizəkarlığını azaldıb, araya demokratik, müasirlik çalarları qatıb, cılız hibrid dindar-demokrat birliyi yaratmaqdır. Bununla da hökuməti, dövləti, xalqı dolayı yolla İran molla rejiminə bağlamaq.