İran bu ölkələri vura bilərbackend

İran bu ölkələri vura bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Üçüncü tərəflərin İran-Ermənistan münasibətlərinə qarışması, pozması faktdır. Biz dəfələrlə görmüşük ki, belə pozucular olub. İran həmişə bəyan edib ki, üçüncü tərəf bizim münasibətlərimizə qarışmamalıdır”.

Tribunainfo.az xəbər verir ki, bunu iranlı politoloq Pouya Hüseyni deyib.
Onun spzlərinə görə, İran bütün qonşularını xəbərdar edib ki, öz ərazilərini anti-İran əməliyyatları yerinə çevirməsinlər. “Belə bir şey olarsa, İran öz ərazilərini, İranın düşmənlərinin İrana hücum etmək üçün istifadə etdiyi nöqtələri hədəfə alacaq və vuracaq”.
Hüseyni hesab edir ki, Ermənistan İranla belə bir qarşıdurmaya getməyəcək. “Bunu düşünmürəm. Əgər onlar buna getsələr, bu, şübhəsiz ki, Ermənistanın milli təhlükəsizliyinə ziddir. Və belə bir şey olarsa, bu, hər iki ölkə üçün çox pis olacaq”.