“İran tərəfi 2020-ci ildə Ermənistana 44 günlük müharibə ilə bağlı xəbərdarlıq edib”. Tribunainfo.az xəbər verir ki, bunu iranlı ekspert Fərşad Adel deyib.
Onun sözlərinə görə, müharibədən öncə İran tərəfi bu barədə əlində olan məlumatları Ermənistana ötürüb. “Bunu iranlı hərbi ekspertlər də təsadiqləyir”.
Adel bildirib ki, İranın hazırda xarici siyasəti 2020-ci ilə nisbətdə fərqlidir. “İran əgər müharibə dövründə düşünürdüsə ki, Azərbaycan işğal altında olan torpaqlarını geri qaytarır, indi başqa bir yanaşma ortaya qoyub. İndi Tehran deyir ki, Azərbaycan ərazi bütövlüyünü təmin edib, amma Ermənistana hücum etməyə çalışır. Bu isə yolverilməzdir. İran da bu səbəbdən bəyan edib ki, buna dözməyəcək”.
İranlı ekspert onu da deyib ki, İran sözünün sahibidir. “Biz Ermənistanı müdafiə edəcəyik. Lakin bu o demək deyil ki, erməni tərəfdaşlarımız bütün ümidlərini bizə bağlamalıdırlar”.
Onun sözlərinə görə, Zəngəzur İranın Qara dənizdən çıxmasının yeganə yoludur. “İran müttəfiqlərini tək qoymur. Bir şərtlə ki, qarşı tərəf də bu məqsədlə iradə ortaya qoysun”.