“İran bu cür terror aktları törətməkdə mahirdir” – Vahid Əhmədov

“İran bu cür terror aktları törətməkdə mahirdir” – Vahid Əhmədov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Fazil Mustafa cəmiyyətdə kifayət qədər tanınmış şəxsdir. Ona qarşı törədilmiş bu hadisə də terror aktıdır. Fazil Mustafa çıxışlarında dini məsələlər, xurafatla bağlı ciddi mövqeyini bildirib. Ona görə bu hadisə ilə İranın daha çox əlaqəli olduğunu düşünürəm”.
Bu fikirləri Bakupost.az -a açıqlamasında millət vəkili Vahid Əhmədov bildirib.

Onun sözlərinə görə, son vaxtlar baş verən bir sıra hadisələr, İranla Azərbaycan arasında münasibətlərin gərgin olması da bu ehtimalı gücləndirir:
“İran bu cür terror aktları törətməkdə mahirdir. Amma bu hadisənin arxasında digər ölkələr, eləcə də Rusiya da ola bilər. Azərbaycanda Rusiya meyilli qüvvələr kifayət qədər çoxdur”.
Millət vəkili, hadisənin məqsədli şəkildə dünən üçün planlaşdırdığını bildirib:
“Dünən Azərbaycanın İsraildəki səfirliyinin açılış günü, DTX-nın peşə bayramı idi. Terror hadisəsi törədənlər belə günləri seçirlər. Cəmiyyətə mesaj verirlər ki, biz istədiyimizi edə bilərik. Hesab edirəm ki, hüquq-mühafizə orqanları ciddi işləməlidir. Həmin şəbəkəni araşdırıb üzə çıxarmalıdırlar. Əhali də bir qədər diqqətli olmalıdır. Şübhəli şəxslər və əşyalar gördükdə məlumat verməlidirlər”.