İran Bakıya mesaj göndərir: Ya İsrail, ya da…backend

İran Bakıya mesaj göndərir: Ya İsrail, ya da…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran İsraillə arasında yaşanan gərginlik fonunda Azərbaycana sistemli mesajlar göndərməkdən də dayanmır. Tribunainfo.az xəbər verir ki, Tehran bunu diplomatik yollarla deyil, media vasitəsi ilə həyata keçirir.
Dünən “Parstoday” saytı bu mesajlardan daha birinin çatdırmaq üçün böyük bir məqalə ilə çıxış edib. Həmin yazıda bir zamanlar Arazın sahilindən Güney Azərbaycana mesaj göndərən amerikalı siyasətçi Brenda Şafferin AZALI tərifləməsindən bəhs olunmaqla yanaşı, Azərbaycan şirkətinin İsrailə uçuşlar təşkil etməsini da əsas hədəf kimi göstərib.
Sayt yazır ki, Şaffer İsrailin əsas adamlarından biridir və o, İrana qarşı sərt mövqeyi ilə tanınır. Həmçinin “Parstoday” onun Azərbaycan üçün çalışmasının yaxşı hal olmadığını da qeyd edir.
Lakin yazının əsas məğzi bu deyil, tamamilə başqadır. İran nəşri məqalənin sonunda sual edir ki, Azərbaycan hazırkı proseslər fonunda kimin yanında dayanacaq. “Bəs görəsən Bakı yaranmış böhranda kimin yanında olacaq: İşğalçı rejimin, yoxsa qardaş Türkiyənin və İranın? Təbii ki, rəsmi Bakı bu ölüm-dirim mücadiləsində müsəlman dünyasının yanında olmalı və ilk olaraq qaniçən rejimin hərb maşınına qara qızılın tədarükünü dayandırmalıdır. Əks-təqdirdə təkəbbürlü rejim daha çox qan tökəcək, ona yardım edən ölkələr isə dünya xalqlarının gözündə “cinayətlərdə ortaq” damağası ilə üzləşəcəklər”.
Məqalənin sonunda Tehran başqa bir mesaj da çatdırmağa çalışıb. “Türkiyə Ceyhan limanı vasitəsilə Azərbaycan neftinin İsrailə daşınmasının qarşısını almalıdır. Öz hava məkanını İsraildən Azərbaycana silah daşıyan və müsəlman aləminin boykot çağırışlarına məhəl qoymayan AZAL təyyarələrinin, eləcə də İsrail təyyarələrinin üzünə bağlamalıdır”.
P.S. Maraqlıdır, İran özünü “dost və qardaş” adlandırır, AZAL-ın uçuşlarını dayandırmasını istəyir, həmçinin Bakının İsrailə neft satışını dururmasını tələb edir. Bəs, görəsən “dost və qardaş” İran 44 günlük müharibədə Ermənistana silha ötürərkən, Xudafərin istiqamətində bütün qaydaları pozaraq Azərbaycan Ordusunun qarşısını kəsəndə, müharibədən sonra Qarabağdakı separatçılara yardım edəndə “müsəlman həmrəyliyi”, “qardaş ölkə” barədə düşünürdü? Yoxsa, həmin vaxt bütün bunlar yada düşmürdü?