İran Azərbaycanla sərhədləri açmağa hazırlaşır: “Fəal danışıq aparırıq”

İran Azərbaycanla sərhədləri açmağa hazırlaşır: “Fəal danışıq aparırıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Artıq 5 ildən çoxdur ki, Azərbaycanın quru sərhədlləri bağlıdır.

Tribunainfo.az xəbər verir ki, rəsmi dairələr bu addımın ölkənin təhlükəsizliyi baxımından atıldğını bildirirlər.

Sərhədlərin nə zaman açıqlacağı sualı isə aktuallığını qoruyur. Qeyd edək ki, İran tərəfi bu istiqamətdə Azərbaycanla danışıqlar apardığını açıqlayıb. Belə ki, Gilan vilayətinin valisinin müavini Əli Baqiri İRNA-ya açıqlamasında deyib ki, onlar fəal danışıqlar keçirirlər. “Hər iki tərəf İran-Azərbaycan sərhədinin açılması işinə sadiqdir. Hazırda tərəflər bu istiqamətdə fəal danışıqlar və praktiki addımlar atırlar”.

Fərda Uğur