İran Azərbaycanla sərhəddə gücləndirilmiş rejimə keçib

İran Azərbaycanla sərhəddə gücləndirilmiş rejimə keçib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

12 günlük müharibədən sonra İran rejimi sərhədlərinin mühafizəsini artırmağa başlayıb.

Tribunainfo.az xəbər verir ki, bunu İranın daxili işlər naziri İskəndər Mömini açıqlayıb.

O deyib ki, ölkə sərhədlərinə təhlükəsizlik tədbirlərini gücləndirmək üçün sərhədyanı ərazilərə əlavə qüvvələr cəlb ediblər. Mömini qeyd edib ki, ordu, yerli əhali və hüquq mühafizə oraqanları ilə birlikdə sərhədlərin təhlükəsizliyi məqsədi ilə korrdinasiya mərkəzləri təşkil ediblər.

Xatırladaq ki, İranın Azərbaycanla quru sərhəddinin uzunluğu 618 km təşkil edir.

Fərda Uğur