“Dünəndən etibarən Xəzərdə neft quyularının qazılması məqsədi ilə avadanlıqların əraziyə daşınması prosesinə start verilib”.
Tribunainfo.az xəbər verir ki, bunu iranlı ekspert Hedayətullah Xademi deyib.
Onun sözlərinə görə, Xəzər dənizi İranın ərazi sularının bir hissəsidir. “İndi biz gölün ehtiyatlarının çıxarılması baxımından bütün digər Xəzəryanı ölkələrdən, məsələn, Türkmənistan, Azərbaycan, Qazaxıstan və Rusiyadan geridəyik”.
O qeyd edib ki, İran 30 il əvvəl dayaz sularda işləyən və heç bir nəticə əldə etməyən “Kazhar” yatağından başqa digər bir yataqda kəşfiyyat fəaliyyətlərinə başlamağı planlaşdırır. “Xəzərin ehtiyatlarından uzun illər məhrum qaldıqdan sonra onları istismar etmək bizim haqqımızdır”.
Xademi iddia edib ki, dərin sularda qazıntı işlərinin aparılmasında İranın təkcə Azərbaycanla fikir ayrılığı var.
Fərda Uğur