“İRAN AZƏRBAYCANDA TƏSİR DAİRƏSİNİ GENİŞLƏNDİRMƏK ÜÇÜN…” – İRANŞÜNAS

“İRAN AZƏRBAYCANDA TƏSİR DAİRƏSİNİ GENİŞLƏNDİRMƏK ÜÇÜN…” – İRANŞÜNAS

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan İranla münasibətləri tamamilə kəsmək niyyətində deyil, sadəcə olaraq İranı Şimal-Cənub Dəhlizinin Rəşt-Astara hissəsinin istismarına, yəni 162 kilometrlik dəmir yolunun tikintisinə sövq etmək istəyir”.

Tribunainfo.az xəbər verir ki, bu sözləri Armenpress-ə müsahibə verən iranşünas Harut Artin Arakelyan deyib.

Onun sözlərinə görə, Bakı öz məqsədinə nail oldu, çünki Rusiya və İran artıq həmin sektorun istismarı istiqamətində birgə vəsait yatırmaq barədə razılığa gəliblər.

İranşünas Azərbaycanın Tehrandakı səfirliyinin yenidən açılması perspektivindən danışarkən bildirib ki, İran İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasser Kənani bildirib ki, Tehran və Bakı arasında danışıqlar münasibətlərdəki gərginlik mərhələsindən Azərbaycan səfirliyinin fəaliyyətinin bərpasının müzakirəsi mərhələsinə keçir.

“İran özünəməxsus diplomatiya nümayiş etdirir, o, tələsmir, bir çox məsələləri həll etməyə vaxt verir. Buna baxmayaraq, Azərbaycan üzərində nəzarəti gücləndirmək və onu öz tərəfinə çəkmək üçün regional logistika məsələlərində Bakı ilə üzləşmək, şübhəsiz ki, İranın xarici siyasətində mühüm istiqamət kimi yer alacaq. Tərəflər o yerə çatacaqlar ki, Azərbaycan səfirliyinin yenidən açılması Azərbaycanın ərazisindən keçən Şimal-Cənub dəhlizinin işə salınması ilə birbaşa bağlı olacaq”, – deyə Arakelyan bildirib.

Onun fikrincə, Azərbaycanın Tehrandakı səfirliyinin yenidən açılması ilə bağlı müzakirələr tamamilə gözlənilən idi. Üstəlik, bu, ilk növbədə Azərbaycanın istəyi deyil, çünki ona sponsorluq edən ölkələrin, xüsusən də İsrailin məqsədi İran əleyhinə fikirlər yaymaqdır. Buna görə də İran mahiyyətcə önləyici xarakter daşıyan hərbi təlimləri davam etdirir”.

“Buna baxmayaraq, iki ölkə arasında, xüsusən də media sektorunda müəyyən gərginliklər hələ də davam edəcək, çünki Azərbaycana hələ də İranın rəqib ölkələri olan İsrail və Böyük Britaniyanın güclü təsiri var və onlar İran tərəfinin Cənubi Qafqazdakı ambisiyalarını məhdudlaşdırmağa çalışacaqlar, lakin İran Azərbaycanla münasibətlərini tənzimləsə, o zaman bizim regionda da öz mövqelərini gücləndirəcək”, – ekspert bildirib.