Ermənistanda yayınlanan “Alpha News” saytı jurnalist Ani Avetyanın müəllifliyi ilə “Real Türkiyə” adlı verilişə start verib. Tribunainfo.az xəbər verir ki, Azərbaycana qarşı xüsusi qəzərəzi ilə tanınan bu verilişdə bir sıra iddialar irəli sürülüb və sərsəmləmələr edilib.
Ani Avetyan iddia edib ki, İsrailin növbəti hədəfi Türkiyənin şərqidir. “Bura isə Qərbi Ermənistan deməkdir. Və biz həmin torpaqları geri qaytarmaq üçün bu şansdan yararlana bilərik”.
Erməni jurnalist onu da iddia edib ki, İran Netanyahu ilə işini bitirdikdən sonra Bakıya hücum çəkəcək. Avetyanın sözlərinə görə, Tehran Azərbaycandan “İsrail hərbi bazaları” məsələsinin hesabını çəkəcək.