İran mediası Zəngəzur dəhlizi mövzusundan dərhal Araz dəhlizi məsələsinə keçid etməyə başlayıb. Tribunainfo.az xəbər verir ki, dünən SEPAH-a bağlı “Tasnim” Agentliyi bununla bağlı geniş yazı dərc edib.
Həmin yazıda qeyd edilir ki, İran 2020-ci il müharibəsndən sonra Azərbaycana yeni nəqliyyat marşrutu təklif edib. Sayt yazır ki, Araz dəhlizinin uzunluğu 102 km-dir və Zəngilandan Culfaya bu yolla 3 saata çatmaq olar. “Araz dəhlizi nəhəng şərq-qərb keçidinin, yaxud Rusiya və Çindən başlayan və Orta Asiya ölkələrindən keçən orta dəhlizin bir hissəsi ola bilər. Bu yol Qafqaz, İran və Türkiyədən Şərqi Avropaya və İngiltərəyə qədər uzanacaq”.
“Tasnim” qeyd edib ki, Araz dəhlizi Zəngəzur dəhlizinə alternativ olmaqla yanaşı, həm də həmin dəhlizin bir hissəsinə çevrilə bilər. “Çünki Araz dəhlizi Çindən Avropaya qədər daşınacaq bütün yükləri keçirmək üçün yetərli deyil”.