İranın xarici işlər naziri Cavad Zərif ölkəsinin ABŞ rəhbərliyi ilə qarşılıqlı hörmət çərçivəsində müzakirələrə hazır olduğunu bəyan edib.
Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, Yaponiyanın “Kyodo” xəbər agentliyinə müsahibə verən Cavad Zəirf rəsmi Tehranın Vaşinqtonla müzakirələrdə heç bir şərt irəli sürmədiyini söyləyib.
Lakin bunun müqabilində iranlı nazir Ağ Evdən qarşılıqlı hörməti gözlədiklərini də bildirib.
Cavad Zərif Almaniya və Fransanın İranın bank sistemini və neft ixracatını ABŞ-ın sanksiyalarından qorumaq məqsədilə hazırladığı mexanizm barədə də danışıb.
İranlı diplomatı adıçəkilən ölkələri ABŞ-ın sanksiyalarını təsirsiz hala gətirmək üçün bu mexanizmi noyabrın 5-nə qədər işə salmağa çağırıb.
Xarici işlər naziri ABŞ-ın təhdidlərinə rəğmən bir çox ölkənin rəsmi Tehranla əməkdaşlığı sürdürdüyünü və sanksiyaların öhdəsindən gələ biləcək gücdə olduqlarını sözlərinə əlavə edib.