İraqın Ərbil şəhərinin bir çox nöqtəsinə raket və pilotsuz uçuş aparatı (PUA) hücumlarının həyata keçirildiyi bildirilib.
Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki,ABŞ-ın Ərbildəki Baş Konsulluğu və Ərbil Beynəlxalq Hava Limanı yaxınlığında yerləşən ABŞ-ın rəhbərlik etdiyi anti-DEAŞ koalisiya bazası başda olmaqla bir çox bölgədə partlayış səsləri eşidilib.