Rəsmi Tehran İranda reslinq üzrə beynəlxalq turnirdə iştirak etməyə hazırlaşan ABŞ idmançılarına viza verməkdən imtina edib.
Rəsmi Tehran İranda reslinq üzrə beynəlxalq turnirdə iştirak etməyə hazırlaşan ABŞ idmançılarına viza verməkdən imtina edib.
İran Xarici İşlər Nazirliyindən ABŞ Prezidentinin mühacirlərlə bağlı fərmanına cavab olaraq bu addımın atıldığını bildiriblər:
“ABŞ-ın yeni administrasiyasının siyasətini nəzərə alaraq, İran XİN amerikalı idmançılara viza verməməyə məcbur oldu”.
Turnirin fevralın 16-17-də keçiriləcəyi bildirilir.
Qeyd edək ki, D.Trampın imzaladığı fərmana əsasən İraq, İran, Suriya, Somali, Liviya, Sudan və Yəmən vətəndaşlarının 90 gün ərzində ABŞ-a gəlişi qadağan edilib. (trend)