İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan İsveçrə vasitəsilə ABŞ-dan Qəzza böhranının yayılmasını istəmədikləri barədə mesajlar aldıqlarını, lakin buna cavab olaraq ABŞ-ın İsrailə nəhəng silah-sursat göndərməklə müharibənin miqyasını artırdığını bildirib.
Tribunainfo.az TRT Haber-ə istinadən xəbər verir ki, Abdullahiyan Əl-Cəzirə televiziyasına verdiyi açıqlamada İsrailin Fələstin torpaqlarını işğal etməsindən doğan problemləri və Qəzza böhranını dəyərləndirib.
Vaşinqtonun mesajlarına cavab olaraq Abdullahian, “ABŞ İsrailə böyük silah göndərməklə müharibənin əhatəsini artırıb və buna görə məsuliyyət daşıyır”, – deyib.