İran Xarici İşlər Nazirliyi Pakistan sərhədindəki Sistan və Bəlucistan əyalətində 10 əsgərinin öldürülməsinə görə İslamabadı ittiham edib.
İran Xarici İşlər Nazirliyi Pakistan sərhədindəki Sistan və Bəlucistan əyalətində 10 əsgərinin öldürülməsinə görə İslamabadı ittiham edib.
TİA.AZ xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi, nazirliyin rəsmi internet saytında verdiyi şərhində, Pakistanın bu hadisəyə görə məsuliyyəti boynuna götürməsi lazım olduğunu qeyd edib.
Qasımi daha sonra İranın sərhəd təhlükəsizliyini təmin etmək üçün diplomatik yollara əl atılacağını, 10 əsgərin ölümü ilə nəticələnən hücumda Pakistanın məsul olduğunu bildirərək hadisələri yaxından izlədiklərini vurğulayıb.
Qeyd edək ki, İranın cənub-qərbində Pakistan sərhədi yaxınlığında, Ceyşul Adl (Ədalətin Ordusu) adlı silahlı qruplaşmanın qurduğu pusquda 10 İran əsgəri öldürülüb. Hadisəni törədən silahlı qruplaşmanın İranın Sistan-Bəlucistan ərazisində fəaliyyət göstərdiyini nəzərə alsaq, rəsmi
Tehranın Pakistanı nədən ittiham etməsi müəmma olaraq qalır.