İradə İsaq Türkiyədə evlənmə proqramlarının birinə qatılan və transa bənzədilən Esmira adlı namizədi sosial şəbəkədə biabır edib.
İradə İsaq Türkiyədə evlənmə proqramlarının birinə qatılan və transa bənzədilən Esmira adlı namizədi sosial şəbəkədə biabır edib.
TİA.AZ xəbər verir aparıcı “Zuhal Topalla evlənmə” proqramının keçmiş iştirakçısını estetik əməliyyatla özünü tamamilə dəyişdirməkdə günahlandırıb.
“Onu transa bənzətdikləri üçün qız məcbur olub mediaya uşaqlıq şəkillərini çıxarıb. Heç o şəkillərdə də özünə oxşamır. Bax nə məcburdur ki, o qədər plastik əməliyyat etdirəsən, ay bacı? Heç bir qram özünə oxşamırsan. Yeni adət də yaranıb. Əməliyyatdan sonra qızlar ağızlarını əyə-əyə, guya naz-qəmzəli danışmağa çalışırlar. Onda da lap o üzdəniraqlara oxşayırlar. Hətta bir dəfə Türkiyə media işçiləri İlhamə Quliyevanın da Bülənt Ersoy kimi trans olduğunu düşünmüşdülər. Danışıq tərzi, makiyaj, əməliyyatlar başqa cür düşünməyə əsas vermirdi. Qüsurunuz varsa, onu düzəldin, ta ağız-gözünüzü şişirib dam boyda etmək sizə nə verir, ay canıyanmışlar?”
Qeyd edək ki, Türkiyədə evlənmə proqramına çıxan Esmira trans olması haqqında yayılan şayiələri inkar etmək məqsədilə uşaqlıq fotosunu yayıb.